!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi

!Reklam – Yazi

1444040130_fazilBu gün Vergilər Nazirliyində ciddi kadr dəyişikliyi həyata keçirilib.

Nazir Fazil Məmmədovun əmri kadr islahatı həyata keçirilib. Belə ki, Vergi siyasəti və strateji araşdırmalar Baş idarəsinin rəisi Natiq Şirinov Vergilər Nazirliyi yanında 1 saylı Vergilər Departamentinin rəisi təyin edilib. Onun yerinə isə Samirə Musayeva təyin edilib. S. Musayeva bunadək Vergilər Nazirliyinin Hüquq Baş idarəsinin rəisi olub. Vergilər Nazirliyi Hüquq baş idarəsi rəisi vəzifəsi isə Zeynalabdin Məmmədzadəyə həvalə olunub. Buna qədər Z. Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamentinin rəisi olub.

Nazirlikdə kadr dəyişikliyi bununla da yekunlaşmayıb. İlqar İsmayıl oğlu Əhmədov Vergilər Nazirliyi Daxili təhlükəsizlik baş idarəsinin rəisi təyin edilib. Buna qədər İ. Əhmədov Vergi auditi və operativ nəzarət baş idarəsinin rəisi olub. Bu vəzifə isə Toğrul Quliyevə tapşırılıb.

Rəhim Əfəndiyev nazirliyin Maliyyə-təsərrüfat idarəsinin rəisi təyin edilib. Bu təyinata qədər R. Əfəndiyev vergilər nazirinin müşaviri olub. Bu vəzifəni əvvəllər Məhəmməd Balaqadaşov icra edib. M. Balaqadaşov maliyyə-təsərrüfat idarəsinin rəis müavini təyin edilib.

Ələkbər Məmmədov isə Vergilər Nazirliyinin beynəlxalq münasibətlər və maliyyə institutlarında vergi monitorinqi Baş idarəsinin rəisi təyin edilib.(APA)

www.yenicag.az

532
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv