!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Vətən müharibəsi ilə bağlı yeni faktlar: İrəvanı təslim olmağa məcbur edən mühüm detal - VİDEO

!Reklam – Yazi

“Xatırlayırsınızsa, möhtərəm cənab Prezident çıxışlarında bir neçə dəfə qeyd etmişdir ki, Vətən müharibəsi zamanı Azərbaycanın uğurlu əməliyyatlarından biri Ağdam istiqamətində idi”.

Yenicag.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov AZƏRTAC-a və AzTV-yə müsahibəsində deyib.

“Ermənistan silahlı qüvvələrinin böyük bir birləşməsi – bizim hesabımızla təxminən 15-18 min nəfərlik şəxsi heyət mühasirəyə düşmüşdü. Biz bu əməliyyatı yekunlaşdırmaq üçün mühasirəyə düşən həmin hərbi birləşmələrin ətrafına toplarımızı, raket sistemlərimizi yığmışdıq və artıq onların zərərsizləşdirilməsi üçün tədbirlərə başlayırdıq. Ermənistanın kapitulyasiya aktına tez qol çəkməsinin səbəblərindən biri də bu idi. Möhtərəm cənab Prezident insanpərvərlik göstərdi və mühasirəyə düşənlərin məhv edilməsinə imkan vermədi. Ona görə də bax, mühasirəyə düşmüş həmin kontingent üçtərəfli Sazişə əsasən Azərbaycanın ərazisini dərhal tərk etməli idi. Ancaq onlar bunu etmədilər, əksinə, təxribatlara əl atdılar, mövqelərini gücləndirməyə başladılar. Bilirsiniz, möhtərəm cənab Prezident çıxışlarında qeyd edirdi ki, antiterror əməliyyatlarının keçirilməsi üçün səbəblər hansılar idi. Birincisi, bilirsiniz ki, bunlar təxribatlar törədirdilər, qanunsuz seçkilər keçirirdilər. Ermənistan rəsmən bunları təbrik etdi. Bunlar hamısı zəmin yaratdı ki, antiterror əməliyyatı keçirilsin. Bu, birincisi. İkincisi, sual verdiniz ki, bu antiterror əməliyyatının hədəfi kim idi. Xüsusi qeyd etmək istəyirəm, möhtərəm cənab Prezident daim deyir ki, mən yaxşı bilirəm nəyi nə vaxt etmək lazımdır”, – Zakir Həsənov qeyd edib.

COP29

www.yenicag.az

254
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv