Vətən müharibəsi şəhidinin anım mərasimi keçirildi – FOTO

Ağstafada Vətən müharibəsi şəhidinin anım mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, Ağstafanın Muğanlı kəndindən Vətən müharibəsinə könüllü olaraq qatılan Bağırov Aqil Fazil oğlunun şəhadətinin üzərindən bir il keçir.

Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov şəhidin ailəsi ilə görüşüb, onların problemləri ilə maraqlanıb.

Qeyd edək ki, 01.05.1995-ci il tarixində Muğanlı kəndində dünyaya göz açan Aqilin vətənə olan sonsuz sevgisi onun torpaqlarımızın işğaldan azad olunması istiqamətində 44 gün davam edən Vətən müharibəsində könüllü olaraq savaşmasına sövq edib. O, 27 oktyabr 2020-ci il tarixində Füzuli döyüşlərində şəhidlik zirvəsinə ucalıb. Doğma kəndində dəfn olunan Aqil, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.