Vilayət Eyvazov polkovniki vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyində kadr dəyişikliyi olub.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə görə, DİN-in Mətbuat xidmətinin rəis müavini, “Mübariz Keşikdə” qəzetinin redaktoru, polis polkovniki Cavid Xaspoladov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Qeyd edək ki, C.Xaspoladov xidmətləri fəaliyyəti dövründə DİN-in bir çox mükafatlarına layiq görülüb, “İgidliyə görə” medalı ilə təltif olunub.

COP29