"Virtual məktəb"də birinci sinif üzrə qeydiyyat - VİDEO

media-hightechnic-468x90

2020-2021-ci tədris ili üzrə 1-ci sinfə qəbul olunmuş şagirdlərin “Virtual məktəb”də qeydiyyatı artıq mümkündür.

Təhsil Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, şagirdlərin Ümumi Təhsil Müəssisələrinin İnformasiya Sistemində (UTİS) bazaya əlavə olunması üzrə işlər yekunlaşdırılıb. Qeydiyyat üçün https://virtual.edu.az saytına daxil olub FİN və yaxud ÜTİS kodu vasitəsilə qeydiyyatdan keçmək olar.

Daha əvvəl 1-ci sinif üzrə şagirdləri qeydiyyatdan keçirməyə cəhd göstərmiş, lakin istifadəçi adı və şifrə almayan şəxslər saytda “Qeydiyyat” bölməsindən şifrə bərpası xidmətindən istifadə edə bilərlər. Şifrə bərpası ilə bağlı daha ətraflı məlumatla buradan tanış olmaq mümkündür.

Qeyd edək ki, cari tədris ili üzrə siniflərin komplektləşdirilməsi işləri başa çatdırılıb. Bütün siniflər “Virtual məktəb”də öz əksini tapır.

Qeydiyyat prosesi ilə bağlı videotəlimatı təqdim edirik:

https://www.facebook.com/watch/?v=1836860696469185

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600