"Vladimir Putin tərəfindən çox gözəl jestdir” - Tramp

media-hightechnic-468x90

ABŞ Prezidenti Donald Trump Rusiyanın humanitar yardımını qiymətləndirib.

Yenicag.az xəbər verir ki, o, Moskvaya göndərdiyi tibbi avadanlığa görə təşəkkürünü bildirib.

Amerikalı liderin sözlərinə görə, bu, Rusiya Prezidenti Vladimir Putin tərəfindən “çox gözəl jestdir”. “Məni Rusiya və təbliğat narahat etmir, qətiyyən. Mən çox sayda yüksək keyfiyyətli tibbi avadanlıq aldım”, – Tramp deyib. Dövlət başçısı qeyd edib ki, bu, çox həyatları xilas etməyə kömək edəcək.

Xatırladaq ki, aprelin 1-də Rusiyanın “Ruslan” An-124 hərbi-nəqliyyat təyyarəsi ABŞ-a humanitar yardım çatdırıb.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa