Vladimir Solovyov növbəti sərsəm iddia ilə çıxış etdi

media-hightechnic-468x90

Rusiyanın media məkanında baş təbliğatçılardan biri olan Vladimir Solovyov növbəti sərsəm iddia ilə çıxış edib.

Yenicag.az xəbər verir ki, o, aparıcısı olduğu verilişdə rusiyalı politoloq Sergey Markovun həbs edilməli olduğunu bildirib.

Solovyov Rusiyada şaxələndirilmiş xarici kəşfiyyat şəbəkəsinin fəaliyyət göstərdiyini iddia edib. O, bu çərçivədə Markovun adını çəkmədən onu “Azərbaycanın agenti” adlandırıb.

Solovyov deyib ki, xarici təsir agentlərinin hamısının axırına çıxmaq lazımdır.

Xatırladaq ki, rusiyalı politoloq Sergey Markov öz ölkəsində xarici agent kimi tanınıb.

“Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam”, – deyə Markov xarici agent elan edilməsinə münasibət bildirib./Oxu.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa