Putin ilk dəfə olaraq Zelenski ilə söhbətindən danışıb.
Yenicag.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist Taker Karlsona müsahibə verib. Putin ilk dəfə Ukrayna prezidenti Vladimir Zelenski ilə şəxsi söhbətindən danışıb.
Rusiya lideri bildirib ki, danışıqlar zamanı o, siyasətçidən nə üçün neonasistləri dəstəklədiyini soruşub.
Rusiya rəhbəri Zelenskinin cavabını yanlış hesab etdiyi üçün onu səsləndirməkdən imtina edib.
“Deyirəm: Volodya, nə edirsən? Nə üçün bu gün Ukraynada neonasistləri dəstəkləyirsiniz, halbuki baban faşizmə qarşı vuruşub. O, cəbhə xəttində hərbçi olub”, – Putin bildirib.
Rusiya prezidenti əlavə edib ki, Zelenski hakimiyyətə gələndən sonra iki şeyi dərk edib.
Birincisi, neonasistlər və millətçilər aqressivdirlər və ona görə də onlarla mübahisə etməmək daha yaxşıdır.
İkincisi, ABŞ başda olmaqla Qərb dövlətləri Rusiya Federasiyasına qarşı çıxan hər kəsi dəstəkləyəcək.
Putin bildirib ki, Zelenski hakimiyyətə Ukraynanı sülhə aparacağı gözləntiləri ilə gəlib. Lakin sonradan anlayıb ki, neonasistlərlə və millətçilərlə mübahisə etməmək daha yaxşıdır.
“Bu, sərfəli və təhlükəsizdir. Belə ki, o, öz xalqına Ukraynada müharibəni dayandıracağını vəd etməsinə baxmayaraq, digər mövqe tutdu. O, seçicilərini aldadıb”, – Putin əlavə edib.
Rusiya liderini yəhudi kökləri olan Zelenskinin neonasistləri dəstəkləməsi təəccübləndirib.
Xuraman Etibarlı
www.yenicag.az