Ukrayna Silahlı Qüvvələrinin pilotsuz təyyarələrinin hücumundan sonra Rusiyanın Voronej şəhərində fövqəladə vəziyyət tətbiq edilib.
Yenicag.az xəbər verir ki, bu barədə şəhər meri Vadim Kstenin teleqram kanalında məlumat yayıb.
“Həm daşınmaz, həm də daşınar əmlaka dəyən ziyanın qiymətləndirilməsi üçün qəzalı ev və onun qonşuları, eləcə də ərazidə komissiya işləyəcək. Sürətli qərarların qəbul edilməsini təmin etmək üçün artıq şəhərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib”, – mer bildirib./unikal
www.yenicag.az