Vüsal Novruzov fövqəlgücə çevrilir

big_1462354595_vsal-novruzovBakı Gömrük İdarəsinin rəisi Vüsal Novruzov son vaxtlar gücünü bir qədər də artırıb. YENİCAG.AZ ANAXEBER.az-a istinadən xəbər verir ki,gömrükdə broker xidmətlərinin patronajlığı Vüsal Novruzova verilib. Bununla da Bakı gömrüyünün rəisinin qüdrəti bir qədər də artıb.

Vüsal Novruzov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun kadrı kimi tanınır. Bu gün də o fövqəladə hallar nazirinin direktivləri əsasında fəaliyyət göstərir. Lakin onun qüdrəti artdıqca müstəqillik statusu qazana bilər. Azərbaycan hakimiyyətinin təcrübəsində belə hallar çox olub. İstər Cavid Qurbanov, istərsə də Kərəm Həsənov məhz öz patronların himayələri altında qüdrətlənib daha sonra müstəqil olublar. Güman ki, Kəmaləddin Heydərov da bu barədə düşünməmiş deyil.

P.S. Qeyd edək ki, V.Novruzovun adı həm də Dövlət Gömrük Komitəsinin sədrliyinə iddialılar arasında ən çox çəkilən şəxslərdəndir.