Vüsalə Mahirqızının təsisçiliyi ilə yeni xəbər agentliyi fəaliyyətə başlayır

media-hightechnic-468x90

Azərbaycanda yeni xəbər agentliyi fəaliyyətə başlayır.

Yenicag.az xəbər verir ki, Online News Agency (ONA) adlanacaq agentlik artıq dövlət qeydiyyatından keçib.

Bir neçə dildə fəaliyyət göstərəcək agentliyin video xidməti də olacaq. Agentliyin təsisçisi Vüsalə Mahirqızı, baş direktoru Nurşən Quliyevdir.

Agentlik əsasən ötən il fəaliyyətini dayandırmış APA-nın kollektivi əsasında formalaşdırılır.

Məlumata görə, lent.az portalı da fəaliyyətini bərpa edəcək.

Yeni agentliyin yaxın vaxtlarda fəaliyyətə başlayacağı gözlənilsə də, dəqiq tarix barədə məlumat yoxdur.

Həmkarlarımızı və bütün media cameəsini təbrik edirik./musavat.com/

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600