!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Vüsalə: “Pis vəziyyətdə yaşayanların qabağında ağlamağın yeri var?”

!Reklam – Yazi

Pandemiya səbəbindən toyların, məclislərin keçirilməsinə qoyulan qadağadan sonra bir çox məşhurlar maddi sıxıntı içində yaşadıqlarını etiraf etməyə başladılar. Bəziləri borc və kreditlərini ödəyə bilmədiklərini, bəziləri isə maddi problemlərini həll etmək üçün qiymətli əşyalarını satdıqlarını bəyan etdilər.

Yenicag.az-a açıqlama verən tanınmış aparıcı Vüsalə Kərimova isə kasıb insanlarla müqayisədə şükür etdiyini bildirib:

“Kimə nə dəxli var mənim borcumdan?Ağlasam, gətirib pul verəcəklər?Ac-susuz, pis vəziyyətdə yaşayanların qabağında ağlamağın nə yeri var?Bir parça çörəyimiz var, canımız sağlamdır. Buna da şükür”.

Vüsalə kreditlərinin də olduğunu gizlətmədi:

“Pandemiya hamıya ziyan vurdu, o cümlədən də bizə. Tədbirlər yox, məclislər yox, bunlar da maddi ziyanla nəticələnir. Hamı kimi bizim də kreditlərimiz var. Sağ olsun banklar kreditlərin yalnız faiz hissəsinin ödənilməsi ilə bağlı şərait yaradıblar. Hələ ki, bu durumla ayaqlaşırıq. Qaldı ki, dolanışığa vəziyyət o dərəcədə acınacaqlı deyil. İşləyirəm, məvacib alıram. Pis-yaxşı dolana bilirik”.

Cəvahir

COP29

www.yenicag.az

704
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv