OPEC neft hasilatının azaldılması barədə sazişi daha uzun müddətə bağlaya, eləcə də hasilatı daha genişmiqyaslı məhdudlaşmaya məruz qoya bilər.
OilGas.az xarici KİV-lərə istinadən xəbər verir ki, belə bir proqnozla Nomura ekspertləri çıxış ediblər. Ekspertlər Brent markalı neftin qiymətinin 2017-ci ildə 60 dollar/barel, 2018-ci ildə 70 dollar/barel olacağını proqnozlaşdırıblar. Bu rəqəmlər 2018-ci ilin sonuna qədər neft ehtiyatlarının 5 illik orta səviyyəyə düşməsi ehtimalına əsaslanıb. OPEC sözügedən saziş çərçivəsində məhz bu göstəricini əldə etməyi hədəfləyir.
Qeyd edək ki, mayın 25-də Vyanada OPEC üzvləri ilə kartelə daxil olmayan digər neft istehsal edən ölkələr hasilatın azaldılması barədə sazişin müddətinin uzadılması məsələsini müzakirə edəcəklər. Sazişin daha 9 ay müddətinə uzadılacağı ehtimal olunur. Kartel bazarda balanslaşdırma prosesini tezləşdirmək üçün hasilatı daha böyük həcmdə məhdudlaşdıra bilər.
Yenicag.az