Vyetnam və Azərbaycan arasında memorandum imzalanıb – Foto
Bu gün Quba rayonunda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Vyetnamın Mədəniyyət, İdman və Turizm nazirliyi arasında idman sahəsində ikitərəfli Memorandum imzalanıb.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, imzalanma mərasimi nazir Azad Rəhimov və nazir Hoang Tuan Ahn arasında baş tutub.
Memoranduma nümayəndə heyətinin mübadiləsi, idman idarəçiliyi, idman təhsili, idman sahəsində texniki və proqram mübadiləsi daxildir.
Eyni zamanda milli idman federasiyaları, idman təşkilatları arasında birbaşa əlaqələrin qurulması və dəstəklənməsi və digər tədbirlər də memorandumun əsas istiqamətlərindəndir.