Vyetnamda daşqınlar nəticəsində azı 90 nəfər öldü

media-hightechnic-468x90

Vyetnamın mərkəzində leysan yağışların yaratdığı kütləvi daşqınlar və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, 12 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

Yenicag.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi yanında Anbarların İdarə Edilməsi və Fəlakətlərin Qarşısının Alınması Departamenti məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, bir həftədir davam edən güclü yağışlar ən çox Dak Lak, Khanh Hoa, Gia Lai və Lam Donq əyalətlərinə ziyan vurub. 1100-dən çox ev, məktəb və inzibati bina dağıdılıb və ya zədələnib, təxminən 200 min ev su altında qalıb. Daşqınlar respublika magistrallarının 24 hissəsinə ziyan vuraraq onları su altında qoyub və ölkənin mərkəzi regionu ilə digər bölgələr arasında avtomobil və dəmir yolu əlaqələrini ciddi şəkildə pozub.

Fəlakət Mərkəzi Vyetnamda böyük iqtisadi ziyan törədib: 80 min hektar əkin sahəsi və 100 min hektardan çox meyvə plantasiyası məhv olub, 3,5 milyon baş mal-qara və quş tələf olub. Rəsmi məlumatlara görə, daşqınların ümumi iqtisadi təsiri 341 milyon dollardan artıqdır.

Hökumət fəlakətin nəticələrinin operativ şəkildə aradan qaldırılması, insanların təhlükəsizliyinin təmin edilməsi və ziyanın minimuma endirilməsi üçün genişmiqyaslı tədbirlər həyata keçirir./Azertag/

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa