“WhatsApp” istifadəçilərini sabah sevindirəcək

media-hightechnic-468x90

77862“WhatsApp” qısa mesajlaşma xidməti bu il təşkil olunmuş IFA-2014 texnologiya sərgisində, internet üzərindən səsli danışıq xidmətini yaxın günlərdə təqdim edəcəyini açıqlamışdı.

“WhatsApp”-ın nə vaxt bu funksiyanı təqdim edəcəyi isə dəqiq olaraq açıqlanmamışdı. Dünən isə, verilən rəsmi açıqlamaya görə, WhatsApp pulsuz danışıq funksiyasını 17 sentyabrda yəni, sabah təqdim edəcək. Diqqət çəkən məqam isə, bundan ibarətdir ki, “WhatsApp” şirkəti, “iOS” və “Android” əməliyyat sistemlərinə eyni vaxtda bu funksiyanı tətbiq edəcək. “IOS” əməliyyat sisteminə “iOS 8” əməliyyat sistemi ilə birgə tətbiq olunacaq yeni funksiya, “Android” əməliyyat sisteminə sadə bir təkminləşdirməklə tətbiq olunacaq. Mütəxəssislərə görə, bu funksiya “WhatsApp”-ı öz sahəsində daha da möhkəmlədəcək və rəqiblərini çox geri salacaq. (deyerler.org)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600