!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“WhatsApp”da yenilik

!Reklam – Yazi

Dünyanın ən məşhur ani mesajlaşma proqramı “WhatsApp” istifadəçilərə çox faydalı olacaq yeni funksiyalar təqdim etməyə davam edir.

Yenicag.az xəbər verir ki, şirkət indi istifadəçilərə yeni süni intellekt xüsusiyyətləri təklif etmək üçün çalışır.

“WhatsApp”da süni intellektlə vizual yaradıcılıq dövrü başlayır. Onun son beta versiyasında təqdim edilən funksiya sayəsində istifadəçilər artıq söhbətlərdə süni intellektlə şəkillər yarada biləcəklər.

“Skrinşot”a baxdıqda görürük ki, söhbətdə plus simvolunun yerləşdiyi bölməyə “Imagine” düyməsi əlavə edilib. Bu funksiyaya toxunan istifadəçilər çatlarda süni intellektlə şəkillər yarada və bu şəkilləri qarşı tərəfə göndərə biləcəklər. Xüsusiyyətin Meta-nın platformalarına gətirdiyi “Meta AI” adlı süni intellekt modelindən istifadə edəcəyi deyilir.

“Meta AI” funksiyası hazırda Azərbaycanda mövcud deyil.

 

 

COP29

www.yenicag.az

223
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv