Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"WhatsApp"dan səsli mesajla bağlı - YENİLİK

“WhatsApp” daha bir funksiyanı istifadəyə verib.

Yenicag.az xəbər verir ki, bu yenilik səsli mesajla bağlıdır.

Məsələ burasındadır ki, istifadəçilər əvvəllər qarşı tərəfə səsli mesaj göndərmək üçün mikrofon işarəsini basılı saxlamaq məcburiyyətində qalırdı.

Bu isə xüsusilə sükan arxasında əyləşənlər üçün çətinlik yaradırdı. İndi isə buna gərək yoxdur.

Çünki artıq səsli mesaj göndərmək üçün mikrofon işarəsinin üzərinə toxunmaqla sağdan yuxarı kilidə doğru sürüşdürməyiniz kifayətdir. Belə olan halda fasiləsiz səsli mesaj göndərə bilərsiniz.

 

www.yenicag.az

4056
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM