WUF13-də Latın Amerikası və Karib hövzəsi ölkələri nazirlər forumunun plenar iclası başlayıb

media-hightechnic-468x90

Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Latın Amerikası və Karib Hövzəsi üzrə Mənzil və Urbanizasiya Nazirləri və Yüksək Səviyyəli Rəsmilər Forumunun (MINURVI) ikinci plenar iclası başlayıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu, regionda mənzil və şəhər siyasətini əlaqələndirən ən mühüm hökumətlərarası orqandır.

Əsas vəzifə regional strategiyaların əlaqələndirilməsi, Latın Amerikası və Karib hövzəsi ölkələrinin maraqlarının qlobal arenada təmsil olunması, həmçinin qabaqcıl təcrübə mübadiləsinə dəstək verilməsidir.

MINURVI-nin XXXIV Baş Assambleyası 2025-ci ilin dekabrında Brictaunda (Barbados) baş tutub.

Xatırladaq ki, mayın 22-dək davam edəcək WUF13-də iştirak etmək üçün 182 ölkədən 40 mindən çox iştirakçı qeydiyyatdan keçib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05