Xaçmazda 6 yaşlı uşağı maşın vurub
Bu gün günorta saatlarında Xaçmaz şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şəhərin Nəriman Nərimanov küçəsində qeydə alınıb. Xaçmaz şəhər sakini, 2008-ci il təvəllüdlü Səlimova Səadət Etibar qızını maşın vurub.
Hadisəni törədən “Mercedes” markalı maşının sürücüsü, 1951-ci il təvəllüdlü Həmzə Həmid oğlu Zalıyev xəsarət alan azyaşlını Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti orta ağırdır.
Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.