Xaçmazda ağır yol qəzası baş verib

media-hightechnic-468x90

48690Ötən gecə Xaçmaz rayonunda ağır yol qəzası baş verib.

media-banner_tuq

Hadisə Quba-Xaçmaz yolunun 5 km-də qeyd alınıb.

Xaçmaz istiqamətində hərəkət edən 1964-cü il təvəllüdlü Məmmədmövsüm Həbibovun idarə etdiyi “VAZ 21 07” markalı, 10 GB 702 nömrə nişanlı avtomobillə əks istiqamətdən gələn 1976-cı il təvəllüdlü Etibar Abdullayevin idarə etdiyi “Opel” markalı, 40 BK 187 dövlət nömrə nişanlı maşın toqquşub.

Qəza nəticəsində sürücülər və 5 sərnişin ağır yaralanıb.

Yaralılar, Xaçmaz rayon Çuxuroba kənd sakinləri 1983-cü il təvəllüdlü Güldanə Babayeva, 2008-ci il təvəllüdlü Luminə Babayeva, 2014-cü il təvəllüdlü Səma Babayeva, 2009-cu il təvəllüdlü Aysel Babayeva və 1985-ci il təvəllüdlü Hakim Babayev xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların bir ailənin üzvləri olduqları bildirilir.

Faktla bağlı araşdırma aparılır(ans).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05