Xaçmazda avtomobildə doğulan körpə öldü

media-hightechnic-468x90

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb.

Yenicag.az xəbər verir ki, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidən keçən dəmir yolu xətti təmirə bağlandığına görə avtomobildə qalaraq xəstəxanaya çata bilməyib.

Nəticədə doğum “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb.

X.A. isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa