Xaçmazda maşın aşdı

media-hightechnic-468x90

downloadXaçmazda rayonunda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Qımılqışlaq-Hacıisaoba yolunda qeydə alınıb.

Xaçmaz rayonu Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Əhmədov Orxan Hacı oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomaşın idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində sürücü və sərnişin Xaçmaz rayonu, Hacıisaoba kənd sakini, 1997-ci il təvəllüdlü Həbibov Famil Kamil oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

F. Həbibov ilkin tibbi yardımdan sonra ambulator müalicə üçün evə buraxılıb.

O. Əhmədovun müalicəsi isə xəstəxanada davam etdirilir.

Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa