!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Evinə girən oğru ilə əlbəyaxa oldu – Arvadı bıçaqlandı

!Reklam – Yazi

Xaçmaz şəhərində oğurluğa cəhd edən şəxs ər və arvada xəsarət yetirib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mirzə Fətəli Axundov küçəsində qeydə alınıb. Ev sahibi 1958-ci il təvəllüdlü Sənan Kazımov oğru ilə əlbəyaxa olub. Nəticədə o üz nahiyəsindən, həyat yoldaşı – 1963-cü il təvəllüdlü Gültəkin Kazımova isə əlində bıçaq xəsarəti alıb.

Naməlum şəxs hadisə yerindən qaça bilib.

Ev sahiblərinə ilkin tibbi yardım göstərilib, xəsarətləri ciddi deyil.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar aparılır. Hələ ki, hadisə ilə bağlı saxlanılan yoxdur.

www.yenicag.az

2530
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv