Xaçmazda yeniyetməni avtomobil vurdu

media-hightechnic-468x90

images (1)Bu gün Xaçmaz rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Gəndob-Yalama yolunun 21-ci kilometrliyində qeydə alınıb. 1960-cı il təvəllüdlü, Şabran rayonunun Təzəkənd kənd sakini Cəbrayılov Zakir Mikayıl oğlunun idarə etdiyi 17 BC 552 dövlət nömrə nişanlı avtomaşınla Gəndob istiqamətindən Yalama istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən 2002-ci il təvəllüdlü, Xaçmaz rayonu, Bəyqışlaq kənd sakini Balaqadaşova Səbinə Bəxtiyar qızını vurub. Müxtəlif bədən xəsarətləri alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar davam etdirilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600