!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Adam tanıyıram ki, pandemiyada çətinliyə görə...”

!Reklam – Yazi

“Adam tanıyıram ki, pandemiya dönəmində qarşılaşdığı çətinliyə görə avtomobilini satdı”.

Bunu pandemiyanın sənət adamlarına vurduğu maddi və mənəvi ziyandan danışarkən tanınmış müğənni, Xalq artisti Mübariz Tağıyev Yenicag.az-a açıqlamasında deyib.

Xalq artisti pandemiyanın yaradıcı insanların ruhuna da böyük zərbə vurduğunu bildirib:

“Mən toy müğənnisi deyiləm. Amma sənət adamlarının əksəriyyətinin qazancı toylardan çıxır. Onlar pandemiya dönəmində nə qədər əziyyət çəkdi, çətinliklər yaşadı. Yaradıcı insanlar qəlbən çox kövrək olur.

Daim yaradıcılıq axtarışında olan insanlar, həm də yüksək əhval-ruhiyyədə olmalıdır. Əlbəttə, baş verənlərə görə onlar ruh düşkünlüyü yaşadı.

Teatrlar, konsert zalları bağlıdır. Sənət adamlarının yaradıcılıq fəaliyyəti dayanıb. Aktyorlar səhnəyə çıxmır, tamaşaçı üzünə həsrətdir. Hələ də bu bəladan xilas ola bilməmişik. Bircə xilas yolumuz var, tezliklə dünyanı sarsıdan bu problem bitsin və əvvəlki həyatımıza davam edək”.

Cəvahir

www.yenicag.az

640
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv