Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti: “Bir ildən artıqdır ki, çapalayırıq”

“Dənizdən çıxanda balıq necə çapalayırsa, biz də eləyik. Bir ildən artıqdır ki, çapalayırıq”.

Yenicag.az-a açıqlamasında xalq artisti Rafiq Əzimov pandemiya dönəmində yaşadığı çətinliklərdən və qapısı qıfıllanan teatrların aktyorlarının durumuna münasibət bildirərkən belə deyib.

Xalq artisti bir ildən artıqdır ki, əziyyət çəkdiyini qeyd edib:

“Bu gün şad xəbər oxudum, ola bilsin yaxınlarda teatrımız açılsın. Aktyorlar balıq kimidir, dənizdən çıxanda balıq necə çapalayırsa, biz də eləyik. Bir ildən artıqdır ki, çapalayırıq. Xüsusən də yaşlı aktyorlar. Belə götürəndə cəmi iki-üç nəfər qalmışıq. Hər an bizim üçün qızıldır. Gərək hər an aktyor formada olsun. Amma bir ildən çoxdur ki, pandemiya səbəbindən kinodan, teatrdan ayrı düşdük. Çox əziyyət çəkirik.

Həmişə rejissorlarımız da bizə tövsiyə edirdilər ki, xəstələnməyin, aktyorun xəstələnməyə ixtiyarı yoxdur. Onlar ailələri üçün yaşamır, xalq üçün yaşayır. İnanın özümə yer tapa bilmrəm. Bir tərəfdən koronavirus evə bağlıyab, adam olan yerlərə getmirik, bir yandan da səhnədən uzaq düşmüşük. Marketə gedəndə də cibimdə spirtim olur”.

Cəvahir

www.yenicag.az

283
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100