!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Çox çətindir, aktyorlar fəryad edir”

!Reklam – Yazi

“Bu gün böyük kino yoxdursa, deməli biz də yoxuq”.

Bunu Azərbaycan kinosunun bugünkü acınacaqlı durumundan danışarkən tanınmış aktrisa, Xalq artisti Xalidə Quliyeva Yenicag.az-a açıqlamasında deyib.

Aktrisa yeni kadrların yetişməsinə, mükəmməl ssenarilərin yazılmasına ehtiyac olduğunu vurğulayıb:

“Necə ki, insan illərlə xəstə olduqda buna öyrəşir, biz də artıq kinonun hazırkı durumuna öyrəşmişik. Heç olmasa, mən yenə arada – iki İran və bir Azərbaycan filmində çəkildim. Məsələ burasındadır ki, nə qədər pul ayrılsa da, bir-iki filmin büdcəsinə çatacaq. Hələ ki, axsayırıq, kadrlar-operatorlar, işıqçılar, qrimçilər yetişməlidir.

10-20 il əvvəl bu barədə kəskin danışa bilərdim. Amma yaşlandıqca çox şeylə barışırsan.

Baxın, görün teatr nə gündədir. Heç yeni mövsümdə də açılmadı, aktyorlar fəryad edir. Hamısı səhnədən kənarda sudan çıxarılmış balıq kimidir. Bəli, bizim üçün çox çətindir. Artıq elə yaşa çatmışıq ki, bizim üçün xüsusi ssenarilər, rollar yazılmalıdır. Ssenari tərəfdən də axsayırıq. Arzulamaq nə dərəcədə düzgündür, bilmirəm. Reallıq çox şeyi həll edir.

Etiraf edək ki, bugünkü reallıq qəddardır. İnsanlar da, zaman da çox dəyişib. Bu gün baş verənlərə görə hələ də şokdayıq. Amma yenə də arzulayırıq. Bizim kinomuz arzu olaraq da qaldı. Bizi bu gün sənətə aid olan köklü keçmişimiz saxlayır, ruhdan düşməyə qoymur. Bu gün istəyərdik filmlərə çəkilək. Amma kefiyyətli iş olsun”.

Cəvahir

www.yenicag.az

675
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv