!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Hönkürtü ilə ağlayanda həyat yoldaşım dedi ki...”

!Reklam – Yazi

“Allahıma minnətdaram ki, mənə verdiyi bu səslə milyonların ürəyini fəth etmişəm”.

Bunu doğum günü olan məşhur diktor, Xalq artisti Ofeliya Sənani təəssüratlarını bölüşərkən Yenicag.az-a açıqlamasında deyib.

O, xiffətini çəkdiyi illərdən və Allahın ona bəxş etdiyi ən böyük hədiyyədən də danışıb:

“Ömür yoluma baxanda ən çox keçmişimin xiffətini çəkirəm. O dönəmin ki, onda cavan idim, bu studiyadan o studiyaya qaçırdım. Hər gün televiziyadan milyonlarla izləyiciləri salamlayırdım. Onda yanımda çox sevdiyim ömür-gün yoldaşım var idi. Bu ömür yolunda çox əziyyətlər çəkdim, itkilərim də oldu. Təbii ki, doğuluş varsa, ölüm də var, itkilər də qaçılmazdır. Amma Allahıma minnətdaram ki, alnıma belə bir tale yazıb. Allahımın mənə iki ən böyük hədiyyəsi olub, biri səsim, biri də yuxuda mənə verilən namazdır. 12 il öncə səhər saat altıda yuxuda mənə namazı öyrətdilər. Çox təsirləndim, yuxudan ayılıb bu ilahi duyğunun təsiri altında hönkürtü ilə ağladım. Həyat yoldaşım Valid dedi ki, bu, Allahın sənə ən böyük hədiyyəsidir, hər səhər səni yuxudan oyadacam, namazını qılarsan”.

O.Sənani hədiyyələrə münasibətindən də danışıb:

“İlk hədiyyəmi həmişə can yoldaşım Validdən alırdım. O, məni tərk edib gedəndən sonra isə artıq hədiyyə almağı yox, hədiyyə etməyi sevirəm. İnsanların sevgisi elə ən böyük hədiyyəmdir. Bu sevgi heç vaxt əskilməsin. Xanımlara da həmişə məsləhət görərdim ki, ruhlarını kirlətməsinlər. İnsanın ruhunun təmizliyi onu cavan saxlayır”.

Cəvahir

www.yenicag.az

528
Ads
www.veteninfo.com
!Reklam – Arxiv