!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti illər sonra AÇIQLADI: “Ölüb, yenidən dirilirdim"

!Reklam – Yazi

“Orada bir kadr var, yalvarıram ki, ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı. Gəray bəy məni bir güllə ilə öldürür. Həmin vaxt yıxıldım və bütün çəkiliş heyəti qaça-qaça gəldilər yanıma. Elə bildilər doğrudan da nəsə oldu mənə. Baxdılar ki, yanımda ucu şiş bir daş var. Başımla daş arasında millimetr məsafə olardı, gicgahım o daşa dəysəydi, ölərdim. Ölümdən döndüm”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Ənvər Həsənov çəkildiyi və bu il 50 illik yubileyi olan “Yeddi oğul istərəm” filmi ilə bağlı xatirələrini bölüşərkən deyib.

Aktyor belə filmlərin indi çəkilmədiyini təəssüf hissi ilə bildirib:

“Təəssüf ki, indi belə möhtəşəm filmlər çəkilmir. O vaxt bu film 138 ölkədə nümayiş olundu. Onda 19 yaşım vardı. Təsəvvür edin hər dublda ölüb, yenidən dirilirdim. Bu filmə görə mənə saysız-hesabsız məktublar gəlirdi. Filmdə Cəlalı güllələyən İsmayıl Osmanlı bir gün mənə yaxınlaşıb üzr istədi, dedi ki, ay oğul, bağışla, nahaq bu filmə çəkildim. Bu yaşımda gərək belə obraza çəkilməyə razılıq verməyəydim. O, həmin vaxt “Sovetski” məhəlləsində yaşayırdı, məni filmdə öldürdüyünə görə qoçular onu hədələyirmişlər. Mən onu sakitləşdirdim ki, nahaq belə düşünürsən əksinə, sən rolunu mükəmməl və inandırıcı yaratmısan. Sonra gedib o qoçuların başçısı ilə danışdım və dedim ki, İsmayıl Osmanlıya qarşı haqsız davranıblar. Bundan sonra İsmayıl dayını rahat buraxmışdılar. Hətta, sonradan ondan üzr də istədilər. Bu film çox məşhur idi. Yeddi oğuldan indi cəmi üç nəfər sağ qalmışıq-mən, Rafiq Əzimov və Əbdül Mahmudov. Bir də filmdəki Qəqəni”.

Cəvahir

www.yenicag.az

830
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv