Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artisti: "Öyrəşiblər restoranlarda yeyib-içməyə..."

“Koronavirus bəzilərinin əl-qolunu bağladı, bəzilərini də evinə-ailəsinə bağladı”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, tanınmış aktyor Tariyel Qasımov koronavirusun faydalı və ziyanlı tərəflərindən danışarkən deyib.

O, xüsusən gənclərin karantin günlərini ağır keçirdiyini deyib:

“Koronavirus insanları mehribanlaşdırdı, ailələrdə istiliyi artırdı. Mənim kimi yaşlı insanların əlinə girəvə düşdü, otururuq evdə, dincəlirik. Gənclər karantin günlərini çətin keçirir. Çünki öyrəşiblər restoranlarda yeyib-içməyə, əylənməyə, rəqs etməyə. İndi oturublar evdə. Buna görə də onlar daha çox koronavirusu söyür, lənətləyirlər. Tez bir vaxtda bu virusdan xilas olaq. Çünki hamı işi, sənəti üçün darıxır. Elə mən özüm də katantinin bitməsini, Bakıya qayıtmağımı və serial çəkilişlərinin başlayacağı günü səbirsizliklə gözləyirəm”.

Cəvahir

www.yenicag.az

1132