!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq artisti: “Xoşbəxtəm ki, elə bir kişinin gəlini olmuşam”

!Reklam – Yazi

“Şanslı xanım olmuşam. Allah məni yaradanda bəxtimi ana bətnində yazıb, buna görə Tanrıma minnətdaram”.

Bunu Yenicag.az-a açıqlamasında bu gün doğum gününü qeyd edən xalq artisti, tanınmış diktor Ofeliya Sənani təəssüratlarını bölüşərkən deyib.

Diktor ona milyonların sevgisini qazandıran səsinin hələ də əvvəlki kimi qaldığına görə Allaha şükür edib:

“İllər keçdi, amma səsim batmadı. Keçən yay bir az xəstə oldum, xırıltılı oldu, amma o da keçib getdi. Bu səs mənə Tanrının ən böyük hədiyyəsidir, onu həmişə qorumuşam. Xoşbəxt qadın, xoşbəxt həyat yoldaşı, xoşbəxt diktor olmuşam. Şansım onda gətirdi ki, anadan belə səslə doğuldum, Möhsün Sənani kimi sənətkarın gəlini oldum, məni son nəfəsinə qədər sevən həyat yoldaşım var idi. Ən ağır günümdə belə Allah məni asanlıqla xilas edib. Heç gözləmədiyim anda həyatın ağır zərbələrindən qurtarmışam. Demək ki, Allah məni hər zaman qoruyub”.

Xalq artisti övladlarının ona doğum günü sürprizi hazırladığını bildirib:

“Uşaqlar haradasa yer hazırlatdırıblar. Hələ bilmirəm haradadır, sürpriz edəcəklər. Durmadan televiziyalardan zənglər, təbriklər gəlir, xoş sözlər deyirlər. Verilişlərə qonaq dəvət ediblər, görüm axşam məni hara aparacaqlar”.

Cəvahir

www.yenicag.az

711
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv