“İmkanlı iş adamları maddi dəstək olsun, Azərbaycan kinosu dirçəlsin, tənəzzüldən çıxsın”.
Bu sözləri Yenicag.az-a açıqlamasında tanınmış aktyor, Xalq artisti Ənvər Həsənov deyib.
Xalq artisti milli kinonun düşdüyü acınacaqlı vəziyyətdən danışıb, çıxış yollarını göstərib:
“Sovetlər dönəmində Kinostudiya ildə 12-13 film istehsal edirdi. Həmin dönəmlərdə Kinostudiyanın 1276 işçisi var idi. Amma bu gün o işçilərdən cəmi 30 nəfər qala, ya qalmaya. Vaxtilə gur-gur guruldayan o boyda bina göz dağına çevrilib, bir-iki ilə dağılıb gedəcək. Kinonun vəziyyəti acınacaqlıdır. Sayca az qalan peşəkar aktyorlar, rejissorlar kinoya çəkiləcəyi günü gözləyə-gözləyə qocalıb. Biri elə mən. Səhhətimdə o qədər problemlər var ki, canımla əlləşirəm. Bunun da səbəbi işsizlikdir. Nə qədər evdə oturmaq olar axı?.. Adam bezir. Yaradıcı insan üçün bu dəhşətdir. İmkanlı iş adamları heç olmazsa, kinoya kömək əllərini uzatsınlar. Onların sponsorluqları hesabına yeni filmlər çəkilsin. Peşəkar aktyorlar yaradıcılıqla məşğul olsunlar. Belə davam etsə, milli kinomuz tamamən öləcək”.
Cəvahir
www.yenicag.az