Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Qarabağ FC

Xalq artistindən doğum günündə ETİRAF: "Sirrimi yalnız o bilir"

“Həmişə doğum günlərimi səhnədə, iş başında, dostların, sevənlərimin əhatəsində keçirmişəm. Bu dəfə böyük bir imtahanla üz-üzə qaldığımız üçün karantin günlərində evdəyik. Əsas odur bu imtahandan istədiyimiz kimi çıxaq. Buna görə də doğum günümü təxirə salıram”.

Bunu Yenicag.az-a açıqlamasında xalq artisti, ustad tarzən Ramiz Quliyev deyib.

O, karantin və koronaviruslu günlər bitəndən sonra, dostlarının, sevənlərinin əhatəsində xoş gününü qeyd edəcəyini bildirib.

Sənətkar xoş günündə özünün təbirincə desək, can yoldaşı, sirdaşı olan tarı ilə dərdləşib:

“Valideynlərimdən sonra mənim üçün ən böyük və müqəddəs varlıq tarımdır. Ən çətin və ən xoşbəxt anlarımı onunla bölüşmüşəm, Sirlərimi yalnız o bilir. Tar mənim yaşam sevincim, məni həyata bağlayan ən böyük dayağımdır. Allahın mənə bəxş etdiyi ən böyük hədiyyədir. Tar hər zaman insanlara mehribanlıq, sevgi aşılayıb, onlara ruh verib. Xalqın sevgisini mənə tarım qazandırıb”.

Cəvahir

www.yenicag.az

663
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100