Xalq artistindən zəlzələ faciəsi ilə bağlı ÇAĞIRIŞ: “Bir həftə bunu saxlayaq…”

Tanınmış aktyor, Xalq artisti Yasin Qarayev çağırış edib.

Yenicag.az xəbər verir ki, bunu aktyor Türkiyədə baş verən dəhşətli zəlzələdə həlak olanlara görə elan olunan matəmlə əlaqədar telekanallara səslənib.

“Qardaş Türkiyədə 7 günlük matəm elan olundu. Başın sağ olsun Türkiyə! Gəlin, biz də bir millət olaraq çal-çağırlarımızı bir həftəlik saxlayaq”.

Qeyd edək ki, bu gün bir çox televiziya kanallarımız bu gün proqram dəyişikliyi edərək əyləncəli proqramları dayandırıblar.

Cəvahir