Xalq artisti, tanınmış aktyor Qurban İsmayılov yıxılaraq xəstəxanalıq olub.
Yenicag.az-a açıqlama verən aktyor qolundan zədə aldığını bildirib:
“Yıxıldım, qolum sındı. Gipsə qoyublar, bir neçə həftədən sonra gipsdən çıxaracaqlar”.
Xalq artisti rol aldığı “Ata ocağı” serialında çəkilişlərə fasilə vermədiyini də deyib:
“Ata ocağı”nda çəkilişlərim davam edir. Qolum gipsdə olsa da, çəkilişin ləngiməsini istəmədim”.
Cəvahir