!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Xalq şairi: "Adımı bəzi namərdlərin saldığı qara siyahıdan çıxarıb..."

!Reklam – Yazi

“Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Sərəncam mənim üçün sürpriz oldu. Yeni il öncəsi aldığım bu xəbər bütün sevincimi üstələdi”.

Bunu Yenicag.az-a açıqlamasında xalq şairi Vahid Əziz deyib.

O, minnətdarlığını belə ifadə edib:

“Ölkə başçısı şəhid ailələrinə, qazilərə, eyni zamanda pandemiya şəraitində işsizlərə maddi dəstək göstərdiyi bir vaxtda bizi də unutmur, mükafatlandırır. Ali baş komandanım bu il bizə qələbə, zəfər hədiyyə etdi, illərlə düşmən işğalı altında olan torpaqlarımızı özümüzə qaytardı, şanlı tarix yazdı. İndi də belə bir xoş xəbər aldım. Prezidentimə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdaram. Uzun illər bəzi namərdlər tərəfindən təzyiqlərə məruz qalmışam. Mən o insanlara minnətdaram ki, adımı bəzi namərdlərin saldığı qara siyahıdan çıxarıb, sübut etdilər ki, Vahid Əziz onların təqdim etdiyi kimi yırtıcı, canavar deyil, xalqını, Vətənini canı qədər sevən bir şairdir. Bu təqdimatı, sənədi hazırlayıb, xalqımızın başını ucldan, Azərbaycana zəfər gətirən Prezidentimə təqdim edən ləyaqətli insanlar sağolsunlar”.

Cəvahir

www.yenicag.az

27090
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv