“İran fələstinlilərə və Qəzzanın məzlum xalqına dəstəyini davam etdirməkdən çəkinməyəcək”.
Yenicag.az İran xəbər agentliyi “Tasnim”ə istinadən xəbər verir ki, bunu İranın ali dini lideri Əli Xamenei HƏMAS Siyasi Bürosunun rəhbəri Haniyə ilə görüşündə deyib.
Qeyd edək ki, “Reuters” 15 noyabr 2023-cü ildə üç yüksək rütbəli İran rəsmisinə istinadən bildirmişdi ki, Xameneyi Haniyəyə açıq siqnal verərək köməkdən imtina edib.
“Siz oktyabrın 7-də İsrailə hücumla bağlı bizi xəbərdar etmədiniz və biz sizin adınıza müharibəyə getməyəcəyik”, – Xameneyi deyib.
Xuraman Etibarlı
www.yenicag.az