Xameneyinin nümayəndəsinə sui-qəsd cəhdi

İranın Ali Rəhbəri ayətullah Əli Xameneyinin nümayəndəsinə qarşı sui-qəsd cəhdi olub.

Yenicag.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.

Bildirilib ki, bu gün axşam saatlarında İranın Ali Rəhbərinin nümayəndəsi, Yəzd şəhər məscidinin imamı Məhəmməd Naseri Yəzdiyə qarşı təşkil edilmiş sui-qəsd cəhdinin qarşısı təhlükəsizlik qüvvələrinin əməkdaşları tərəfindən alınıb.

Bildirilib ki, İranın Ali Rəhbərinin nümayəndəsinin evinə silahlı basqın cəhdi olub.

Hadisə nəticəsində 4 nəfər saxlanılıb, daha bir neçə nəfər şübhəli isə hadisə yerindən qaçmağa müvəffəq olub.