“Xankəndi və ətrafında yaşayanlar erməni əsilli azərbaycanlılardır”.
Yenicag.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin Xankəndi və ərtafında yaşayan 25 min civarında onlan erməni əsilli Azərbaycan vətəndaşlarının ölkəyə inteqrasiya olunması ilə bağlı çıxışına münasibət bildirən REAL İdarə Heyətinin üzvü Natiq Cəfərli bildirib.
Onun sözlərinə görə, ölkə başçısının sözügedən məsələyə toxunması vacibdir və bu baxımdan yanaşma doğrudur:
“Lakin bir önəmli məsələ var, biz “azərbaycanlı” sözünü üst kimliyə çevirməliyik. “Azərbaycanlı” etnik mənsubiyyət deyil, vətəndaşlıq tanımıdır, ölkədə yaşayan hər kəsi qucaqlayan, birləşdirən dəyərdir. “Azərbaycanlı” məfhumunu etnik mənsubiyyət kimi qəbul etmək doğru deyil. Ona görə də Xankəndi və ətrafında yaşayanlar erməni əsilli azərbaycanlılardır, onları ölkənin siyasi-iqtisadi-sosial-mədəni həyatına intiqrasiya etmək üçün yollar tapılmalı, bunun üçün ifadələr də doğru seçilməlidir. Sonrakı mərhələdə ölkə vətəndaşlarının tamamı siyasi inteqrasiya və təmsilçilik haqqı əldə etməli, bunun üçün yerli özünüidarə institutları yaradılıb gücləndirilməlidir”.
Gülşən Şərif
www.yenicag.az