“Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək - FOTO

media-hightechnic-468x90

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Xanoba” gömrük postu yaxın günlərdə istifadəyə veriləcək.

media-banner_tuq

Yenicag.az Apa-ya istinadən xəbər verir ki, mərasimində Azərbaycan və Rusiya nümayəndə heyətlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, “Xanoba” gömrük postundakı inşaat işləri Prezident İlham Əliyevin 2020-ci ilin aprel ayında imzaladığı sərəncama əsasən aparılıb. İnşaat işləri başa çatdıqdan sonra gömrük postu buraxılış qabiliyyətinin artması ilə yanaşı, ən müasir avadanlıqlarla təchiz edilib. Bundan başqa “Xanoba” gömrük postu Şimal-Cənub nəqliyyat dəhlizi vasitəsilə yüklərin daha sürətli daşınmasına, sərhədkeçmə proseslərinin asanlaşdırılmasına, ölkəmizin tranzit imkanlarının genişlənməsinə, xüsusilə Azərbaycan-Rusiya sərhədində yaranan növbələrin tam aradan qaldırılmasına şərait yaradacaq.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05