!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Xaricdəki vətəndaşlarımız da referendumda “hə” deyəcək” – Toğrul Allahverdili

!Reklam – Yazi

14100452_620394938129126_483224875663151727_nDiaspor nümayəndəsindən referendum açıqlaması Sentyabrın 26-da Azərbaycanda ümumxalq səsverməsi – referendum keçiriləcək. Konstitusiya islahatları ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavələrdir. Referendum Aktı layihəsində əksini tapan məsələlər bir çox sahələrdə insan hüquqları, milli təhlükəsizlik, idarəetmə və digər istiqamətlərdə – islahatların davamı kimi xarakterizə olunur.

Azərbaycan Slavyan Gəncləri Assosiyasiyası Rusiya nümayəndəliyinin rəhbəri Toğrul Allahverdili hesab edir ki, Konstitusiya islahatları demokratiyanın tələbdir və bu dəyişikliyin olması bütün demokratik cəmiyyətlərdə gedən prosesdir. Referendumda öz əksini tapan əlavə və dəyişikliklər Azərbaycanın inkişafına, müstəqilliyinin möhkəmləndirilməsinə və Azərbaycanın güclənməsinə xidmət edir. Belə dəyişikliklər dünya dövlətləri üçün xarakterikdir və onlar mütəmadi olaraq bu təcrübədən istifadə edirlər. Diaspor nümayəndəsinin sözlərinə görə, təklif olunan dəyişikliklərə əsasən, vitse-prezidentlik institutunun yaradılması ilə Azərbaycanda idarəetmədə yeni çevik və optimal mərhələnin əsası qoyulacaq, eyni zamanda, 18 yaşına çatmış hər bir gəncə vətəndaşlıq hüququndan tam istifadə etmək imkanı yaradacaq. Seçkili vəzifələrə yaşla bağlı tələblərin olmaması Almaniya, Fransa, Norveç, Finlandiya, Avstriya, Danimarka, Estoniya, İngiltərə və sair Qərb ölkələrində müşahidə edilir. Bu tələblərin götürülməsi eyni zamanda, gənclərin seçkili vəzifələrə marağını artıracaq, ictimai həyatda daha aktiv olmalarını təmin edəcək:

“Mən gənclərimizə olan münasibəti xüsusi nəzərə çatdırmaq istəyirəm. Hesab edirəm ki, dövlət gənclər siyasəti bu dəyişikliklərdə öz əksini tapıb. Təklif olunan dəyişikliklər arasında həm Milli Məclisin deputatı olmaq istəyənlərin, həm də prezidentliyə namizədin yaş həddi azaldılıb. Mən bunu Azərbaycan gəncliyinə böyük etimadın göstəricisi kimi dəyərləndirirəm. Bu gün bizim gənclərimiz özlərini kifayət qədər formalaşan, ayrı-ayrı məsuliyyətli vəzifələrə layiq olan insanlar kimi təqdim edirlər. Nə üçün hansısa işdə yaş həddinin məhdudlaşdırılması ilə gənclərimizin öz potensiallarını dolğun şəkildə üzə çıxarmalarının qarşısına əngəllər yaranmalıdır? Həm ölkəmizdə, həm də xaricdə on minlərlə intellektual gəncimiz var. Bu dəyişikliklər nəticəsində həmin gənclər sözlərini daha mötəbər tribunlardan – Milli Məclisdən demək şansı əldə edəcəklər. Deputatlıq üçün tələb olunacaq yaş senzi Azərbaycan dövlətinin gəncliyimizə verdiyi dəyərin göstəricisidir. Bütövlükdə Konstitusiyaya təklif olunan bu və digər dəyişikliklər ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq”.

Toğrul Allahverdili bildirib ki, “konstitusiya dəyişikliklərinin referendum yolu ilə qəbul edilməsi həm də Azərbaycanın bəyan etdiyi demokratik prinsiplərə sadiqliyini bir daha təsdiqləyir. Ölkədə hakimiyyətin mənbəyi xalqdır və bütün taleyüklü məsələlərdə xalqın iradəsi əsas götürülür. Əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinin özü demokratiyanın ən əsas göstəricisidir: “Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin ümumxalq müzakirəsinə çıxarılmasını və referendum yolu ilə qəbul edilməsini ölkəmizdə demokratik dövlət quruculuğu prosesinin mühüm bir göstəricisi kimi dəyərləndirirəm. Bizdə Rusiyada yaşayan Azərbaycanlılar olaraq səfirliyimizdə təşkil olunan seçkidə böyük ruh yüksəkliyi ilə iştirak edəcəyik”.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv