!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricdən Bakıya gəlib yaşlıları aldadaraq külli miqdarda pul ələ keçirdilər

!Reklam – Yazi

Bakıda ahıl və tənha vətəndaşları aldadaraq pullarını ələ keçirən Ukrayna vətəndaşları da daxil olmaqla 3 nəfər saxlanılıb.

DİN-in Mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, yaxın qohumlarının qəza törətməsi və yardım üçün təcili pul lazım olması adı altında yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları üzrə polis orqanları tərəfindən əməliyyatlar davam etdirilir.

Xəzər RPİ-nin keçirdiyi tədbirlərlə qeyd edilən qanunsuz əməllərə cəlb olunan Seymur Əhmədov, Ukrayna vətəndaşları Durkin Yevhen və Kostıuk Vitali saxlanılıblar.

Müəyyən edilib ki, saxlanılan şəxslər teleqramda əlaqə qurduqları naməlum şəxslərin onları yönləndirdiyi ünvanlara yollanaraq yaşlı nəslin nümayəndələrinin yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildiriblər və pul tələb ediblər.

Qeyd olunan hüquqazidd əməllər nəticəsində 6 vətəndaşa ümumilikdə 27 min 200 dollar və 25 min manat maddi ziyan dəyib. Saxlanılan şəxslər pul vəsaitlərini zərərçəkənlərdən alandan sonra sifarişçilərinin bank kartı və ya kriptovalyuta hesablarına köçürüblər.

Saxlanılan şəxslərdən ikisi Durkin Yevhen və Kostıuk Vitali məhz qeyd edilən qanunsuz əməlləri həyata keçirmək məqsədilə müvafiq olaraq yaşadıqları İtaliya və Polşadan Bakı şəhərinə gəliblər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bir daha vətəndaşlara bu hallarla bağlı diqqətli olmaq, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirmək və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməmək tövsiyyə edilir.

COP29

www.yenicag.az

190
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv