!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

!Reklam – Yazi

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə artaraq 400,2 min nəfər olub.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilir ki, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 4,7 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı 2,1 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 1,9 dəfə artıb. Ölkə vətəndaşlarının 45,5 %-i Türkiyəyə, 16,7 %-i Rusiya Federasiyasına, 13,1 %-i İrana, 8,2 %-i Gürcüstana, 16,5 %-i digər ölkələrə səfər edib. Gedənlərin 67,1 %-ni kişilər, 32,9 %-ni qadınlar təşkil edib.

Bu ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 56,7 %-i hava, 40,6 %-i dəmir yolu və avtomobil, 2,7 %-i isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

191
Ads
www.veteninfo.com
!Reklam – Arxiv