!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Xaricə səfər edən azərbaycanlı turistlərin sayı azaldı - STATİSTİKA

!Reklam – Yazi

Bu ilin yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 23,3% azalaraq 932,5 min nəfər olub.

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, ölkə vətəndaşlarının 34,1%-i İrana, 30%-i Gürcüstana, 20,4%-i Rusiyaya, 9,8%-i Türkiyəyə, 5,7%-i isə digər ölkələrə səfər edib. Gedənlərin 68,5%-ni kişilər, 31,5%-ni qadınlar təşkil edib.

Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 32,8%, Türkiyəyə gedənlərin sayı 23,8%, Gürcüstana gedənlərin sayı 16,7%, Rusiyaya səfər edənlərin sayı isə 13,8% azalıb.

Hesabat dövründə xarici ölkələrə səfər etmiş Azərbaycan vətəndaşlarının 82,9%-i dəmir yolu və avtomobil, 16,2%-i hava, 0,9%-i isə dəniz nəqliyyatından istifadə edib.

www.yenicag.az

774
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv