Xarici işlər naziri istefa verir

media-hightechnic-468x90

загруженное (9)Rumıniyanın xarici işlər naziri Titus Korlatean ölkəsində minlərlə insanın etiraz nümayişindən sonra istefaya gedib.

Etiraz aksiyası noyabrın 2-də baş tutmuş prezident seçkilərinin birinci turunda iştirak edən bilməyən xaricdəki Rumıniya vətəndaşlarına dəstək olaraq keçirilib.

Bütün ölkəni bürüyən mitinqlərdən sonra baş nazir Viktor Pont xarici işlər nazirinə göstəriş vermişdi ki, noyabrın 16-na təyin edilmiş ikinci tur seçkilərinin səfirliklərdə normal keçirilməsinə nəzarət etsin. Lakin T.Korlatean seçkilərin ikinci turunu gözləmədən vəzifəsindən istefa verdiyini bəyan edib.

Qeyd edək ki, narazılıqlara əsas səbəb kimi noyabrın 2-də keçirilən seçkilər zamanı bir çox səfirliklərdə seçicilərin imzalaması gərəkən sənədlərin tez qurtarması və bununla da onların səs vermək imkanından məhrum olunması göstərilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600