Xarici vətəndaşların Azərbaycanda bank kartları ilə ödəmələri 38% artdı

media-hightechnic-468x90

2023-cü ilin yanvar-mart aylarında əcnəbilər Azərbaycanda bank kartları vasitəsilə 551,9 mln. manatlıq əməliyyat aparıblar.

Yenicag.az xəbər verir ki, bu barədə “APA-Economics” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”na istinadən xəbər verir. Məlumata görə, bu da illik müqayisədə 0,4% çoxdur.

Qeyd edək ki, 2022-ci ilin yanvar-mart aylarında xarici vətəndaşların bank kartları vasitəsilə ölkəmizdə apardıqları əməliyyatların həcmi 549,8 mln. manat təşkil edib.

Təkcə bu ilin mart ayında isə əcnəbilərin bank kartları vasitəsilə əməliyyatları 38% artaraq 218,1 mln. manata yüksəlib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600