Xəbərdarlıq: Hava pisləşəcək, yağış yağacaq

media-hightechnic-468x90

1492Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hava şəraİtinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

ETSN-nin Milli Hidrometereologiya Departamentindən verilən məlumata görə, Bakı və Abşeron yarımadasında avqustun 15-i gün ərzində, 16-da gecə və səhər şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

Azərbaycanın rayonlarında avqustun 14-ü axşam, 15-də qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Dağlıq və dağətəyi rayonlarda lokal xarakterli yağış yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa