Xərçəngin dərmanı tapıldı

media-hightechnic-468x90

y8y8uLeya Ayzenbaxın rəhbərlik etdiyi qrup bu unikal peyvəndin hazırlanması üzərində 30 il işləyiblər
İsrail biokimyaçıları xərçəng xəstəliyinə qarşı vaksin hazırlayıblar.

Bütün xərçəng şişlərinə müqavimət göstərən vasitəni tapmağı Rexovotdakı Veytsman institunun alimlər qrupu bacarıb.

Professor Leya Ayzenbaxın rəhbərlik etdiyi qrup bu unikal peyvəndin hazırlanması üzərində 30 il işləyiblər.

L.Ayzenbaxın sözlərinə görə, xərçəng xəstəliyinə qarşı yeni effektiv mübarizə metodları xəstəliyin 20-dək növünün müalicəsinə imkan verəcək.

Dünyanın ən nüfuzlu tibbi jurnalı olan “Science” alimlərin bu kəşfini kimyaterapiya ilə müqayisə edərək, xərçəngə qarşı mübarizədə inqilab adlandırıb.

Jurnalın rəyinə görə, bu inqilab öz arxasınca dünya farmakologiya industriyasında qlobal dəyişikliklərə gətirib çıxaracaq. Artıq Avropanın dərman şirkətlərindən biri bu kəşfə 540 milyon dollar yatırmağa hazır olduğunu bildirib.

İsrailli alimlərin bu kəşfi həqiqətən də Nobel mükafatına layiq böyük bir açılışdır. Və gec-tez onlar bu mükafatı alacaqlar.

anspress

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600