Xəstə heyvanlar Bakıya gətirilməyəcək

media-hightechnic-468x90

Gurban_Holiday_121110“Həm yay mövsümü, həm də iyul ayında qeydə alınan nodulyar-dermatit xəstəliyi ilə əlaqədar olaraq Dövlət Baytarlıq Xidməti gücləndirilmiş iş rejimində çalışıb. Qurban bayramı ərəfəsində də hər il olduğu kimi gücləndirilmiş iş rejimində çalışacaq”.

Bu barədə  Dövlət Baytarlıq Xidmətinin (DBX) mətbuat katibi Yolçu Xanvəli məlumat verib.

Onun sözlərinə görə, xəstəlik aşkar olunan kəndlərdə bunun qarşısının alınması üçün ciddi mübarizə aparılır.

“Amma müəyyən rayonlardan heyvan gətirilməsinə qadağa qoyulmayıb. Yalnız xəstəlik aşkarlanmış kəndlərə məhdudiyyət var.Qurban bayramı ərəfəsində də oradan heyvan çıxarılmasına icazə verilməyəcək.Bu günə qədər 2 mindən yuxarı heyvan bu xəstəliyə mübtəla olub, 1800-dən artığı müalicə olunub. 21 baş heyvan isə nodulyar-dermatitdən tələf olub”.

Mətbuat katibinin sözlərinə görə, paratan-paraletan, günvurma və başqa xəstəliklər də heyvanlara öz təsirini göstərib.

“Bu istiqamətdə spesifik müalicələrimiz davam edir. Dezinfeksiya, heyvanların çimizdirilmə prosesləri ardıcıl olaraq həyata keçirilir. Demək olar ki, bu xəstəlik ölkədə sönmək üzrədir. Avqustun axırlarında gün ərzində 100-150 baş heyvan nodulyar-dermatitə yoluxurdusa, bu gün xəstəliyə yoluxan cəmi 24 baş heyvan qeydə alınıb”.

“Qurban bayramı ilə əlaqədar şəhərə, eləcə də rayon mərkəzlərinə gətirilən heyvanlara Baytarlıq Xidmətinin müfəttişləri tərəfindən tam nəzarət olunacaq, baytarlıq sertifiktları əsasında gətirilən heyvanlar bir daha müayinə olunduqdan sonra satışa icazə veriləcək”, – deyə Yolçu Xanvəli son olaraq vurğulayıb. (modern.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600